AUT.AZ

İnanılmaz proqnoz – Mərakeşlə bağlı

Samuel Eto’O Qətərdə keçirilən dünya çempionatında təkcə bloggeri vurmaqla yadda qalmayıb.

Aut.az xəbər verir ki, turnir başlamazdan əvvəl Kamerun Futbol Federasiyasının prezidenti o zaman fantastik görünən proqnoz vermişdi. Amma indi bu, müəyyən dərəcədə özünü doğruldur.

Eto’O Mərakeşin yolunu tamamilə dəqiqi proqnozlaşdırıb: 1/8 finalda İspaniyanı, 1/4 finalda Portuqaliyanı məğlub edəcək.

Bu harasıdır, Samuel çempionatdan əvvəl proqnoz verib ki, Mərakeş yarımfinalda da Fransanı nokauta göndərəcək.

Mərakeş yığması yarımfinalda məhz Fransa ilə üz-üzə gələcək.

 Aut.az

 

Exit mobile version