AUT.AZ

24 il sonra bunu bacardı

Fransa millisi mundialın 1/4 finalında İngiltərəni məğlub etməklə (2:1) yarımfinala vəsiqə qazanıb.

Aut.Az xəbər verir ki, 7-ci dəfə bunu bacaran “xoruzlar” 1982 və 1986-cı illərdə olduğu kimi, ardıcıl 2-ci dəfə yarımfinala adlaya bilib.

 

Bundan başqa, Fransa millisi 1998-ci ildən sonra dünya çempionatının yarımfinalına yüksələ bilən hazırkı çempion olub. Bunadək DÇ-1998-ci ildə son çempion Braziliya yarımfinala və finala yüksələ bilmişdi.

Qeyd edək ki, Fransa dekabrın 14-də finala çıxmaq üçün Mərakeşlə qarşılaşacaq.

Exit mobile version