AUT.AZ

Van Qal getdi, Kuman gəldi

Lui Van Qal Hollandiya yığmasının baş məşqçi postunu tərk edib.

Aut.az xəbər verir ki, onun yerini Ronald Kuman tutub. Ölkənin Futbol İttifaqı bu qərarı hələ aprel ayında açıqlamışdı. Kumanın milli ilə müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatına qədərdir

Ronald Kuman əvvəllər Hollandiya millisinin baş məşqçisi vəzifəsində çalışıb. O, 2018-2020-ci illərdə komandaya rəhbərlik edib. Milli komandada işlədiyi müddətdə Kuman heç vaxt böyük beynəlxalq turnirin final mərhələsində olmayıb.

Qeyd edək ki, Hollandiya dünya çempionatının1/4 finalında Argentinaya məğlub olub (2:2, penaltilərlə 3:4).

 

Exit mobile version