AUT.AZ

Supermodel Qətərdə mühafizəçilərlə niyə mübahisə edib?

Xorvatiyalı supermodel İvana Knoll DÇ-2022-in 1/4 finalında keçirilən Xorvatiya – Braziliya qarşılaşması zamanı mühafizəçilərlə münaqişə yaşayıb.

Aut.az xəbər verir ki, supermodel “Bild” nəşrinə açıqlamasında münaqişənin səbəbləri barədə danışıb:

“Pərəstişkarlarıma mənimlə şəkil çəkdirməyə icazə vermədilər. Mən məhəccər yaxınlığında fanatlarla şəkil çəkdirmək istəyirdim, omlar isə mane oldular. Mühafizəçilərdən niyə belə kobud davrandıqları haqda soruşdum, mənə tutarlı cavab vermədilər”.

Qeyd edək ki, Xorvatiya millisinin azarkeşi olan supermodel Qətərdə keçirilən dünya çempionatının oyunlarında təxribatçı geyimləri ilə diqqəti çəkir. Knoll şərq ölkəsinin rəsmiləri tərəfindən tənqid edilib. Xorvatiyalı model artıq dünya çempionatının bir neçə matçında iştirak edib.

Exit mobile version