AUT.AZ

Qorxudan yox, heyrətdən bərələn gözlər – Foto

Dünya çempionatının 1/4 final mərhələsində Mərakeş yığması sensasiyalı şəkildə Portuqaliyaya qalib gələrək turnirin yarımfinalına çıxıb.

Aut.az xəbər verir ki, mərakeşli futbolçular bu tarixi hadisədən sonra onları bu uğura aparan baş məşqçi Valid Reqraqini başlarının üzərinə qaldıraraq atıb-tutublar.

Validin gözlərinin bərəldiyi görünür. Amma bu, qorxudam yox, heyrətdən bərələn gözlərdir. Məşqçi və komandası həqiqətən də fantastik uğura nail olublar. Belə uğurdan sonra gözlər bərələr.

Mərakeş dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandasıdır. Bundan əvvəl bu qitənin komandaları üç dəfə turnirin 1/4 finalına çıxsalar da, növbəti mərhələyə adlaya bilməyiblər.

Aut.az

Exit mobile version