AUT.AZ

Neymar: “Beynim yanır, gəlin bu məğlubiyyətin yasını tutaq”

Braziliya milli komandasının üzvü Neymar DÇ-2022-də Xovatiyaya məğlub olduqları oyundan (1:1, penaltilər seriyası 2:4) sonra açıqlama verib.

Aut.az  xəbər verir ki, matçdan sonra göz yaşlarını saxlaya bilməyən “sambaçılar”ın kapitanı mundialla erkən vidalaşdıqlarına görə təəssüfləndiyini bildirib:

“Kabus kimidir. Baş verənlərə inana bilmirəm. Bu məğlubiyyət uzun müddət ağrılı olacaq. Braziliyalı azarkeşlərə dəstəyə, komandadakı bütün futbolçulara sevgi və hörmətə görə təşəkkür edirəm. Təəssüf ki, arzumuzu reallaşdıra bilmədik, amma bu futboldur və belə də olur. İndi gəlin bu məğlubiyyətin yasını tutaq və acısını çəkək”.

Neymar DÇ-2022-dən əvvəl milli karyerasını başa vuracağı ilə bağlı açıqlama vermişdi. Ancaq 30 yaşlı hücumçu indi bu məsələ barədə fikirləşmək istəmir:

“Düzünü desəm, bilmirəm, indi nəsə deməyim səhv olar. Beynim yanır, yaxşı düşünə bilmirəm. İndi bunun son olduğunu söyləmək tələsməkdir. Görək bundan sonra nə olacaq. Millinin qapılarını bağlamıram, amma yüz faiz demirəm ki, qalacam. Mən heç nəyə zəmanət verə bilmərəm”.

Exit mobile version