AUT.AZ

Molla rejimi “Traktor”un sabiq futbolçusunu edam edir

“Traktor” klubunun keçmiş futbolçusu Amir Nasr Azadani İranda baş verən hadisələrə etiraz etdiyi üçün edam cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, bu barədə Təbriz təmsilçisi “tvitter” hesabında məlumat verib. Klub 26 yaşlı futbolçunun həyatının təhlükədə olduğunu deyib.

Amir Nasr Azadani son olaraq 2021-ci ildə “İranjavan”da çıxış edib.

Exit mobile version