AUT.AZ

İttiham: Hakim oyunun heç-heçə bitməsini istəyirdi

Argentina millisinin qapıçısı Emiliano Martines dünya çempionatının 1/4 finalında Hollandiya millisi ilə oyundakı hakimliyi tənqid edib.

Aut.az “TyC Sports”a istinadən xəbər verir ki, qapıçını, görüşün baş hakimi Antonio Mateu Laosun əsas vaxta on dəqiqə əlavə etməsi özündən çıxarıb:

“O, bizim heç-heçə etməyimizi istəyirdi. Həqiqət budur ki, o, dünya çempionatının ən pis hakimidir”.

Argentina – Hollandiya matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penalti seriyasında Argentina qalib gəlib – 4:3. Martines 2 penaltini dəf edib.

Aut.az

Exit mobile version