İngiltərə yığmasının sabiq kapitanı Ueyn Runi DÇ-2022-nin 1/4 finalında İngiltərə və Fransa arasında keçiriləcək matç barədə danışıb.
Aut.az xəbər verir ki, o, bu qarşılaşmanın qalibinin kuboku qazanacağını deyib:
“İngiltərə – Fransa matçı dünya çempionatında ən böyük oyundur. Bu qarşılaşmada qalib gələn turniri də qazanacaq”.
Bu gün keçiriləcək sözügedən matç Bakı vaxtı ilə 21:00-da start götürəcək.