AUT.AZ

Braziliyada Argentinanın qələbəsinə görə küçələrə axışdılar

Argentina millisinin Braziliyadakı azarkeşləri Niderland üzərindəki qələbəni emosional şəkildə qeyd ediblər.

Aut.az xəbər verir ki, Braziliyanın şərqindəki Paraiba əyalətinin Juan – Pesoa şəhərində Argentina komandasının azarkeşləri Niderlandla oyundan sonra küçələrə çıxaraq “Maradona, Maradona Peledən yaxşıdır” mahnısını oxuyublar.

Braziliyada Argentinanı dəstəkləyən və özlərini “AFA-nın dostları” adlandıran azarkeşlərin dərnəyi var.

Argentina DÇ-2022-nin 1/4 finalında Hollandiyanı məğlub edib (2:2, penaltilərdə – 4:3), Braziliya isə Xorvatiyaya məğlub olub (1:1, penaltilərdə – 2:4).

Exit mobile version