AUT.AZ

Venger yenə aləmi bir-birinə qatdı

FİFA-nın qlobal inkişaf departamentinin rəhbəri Arsen Venger növbəti dəfə diqqət mərkəzinə düşüb.

Aut.az  xəbər verir ki, təcrübəli futbol funksioneri “L’Équipe” nəşrinə açıqlamasında dünya çempionatlarının bundan sonra qışda keçirilməsini təklif edib.

“Futbola demokratiya gətirmək istəyiriksə, yayda bu idman növü ilə məşğul olmağın mümkün olmadığı Afrika səhralarında da mundialı keçirməliyik. Qətərdəki vəziyyəti nəzərə alsaq, qışda futbol oynamağın mümkün olduğunu görə bilərik.

Bəli, bəzi komandaların fiziki baxımdan hazır olmağı üçün vaxtı yox idi. Ancaq ən azından bütün iştirakçılar turnirə düşüncə baxımından isti yanaşdılar. əvvəlki çempionatlarda belə deyildi. Öncəki turnirlərdə komandalar yaxşı hazırlıq keçmədiyi üçün yarış vaxtı psixoloji baxımdan yorğun olurdular”.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022 iqlim şərtlərinə görə noyabrın 20-də start götürüb. Mundiala dekabrın 18-də yekun vurulacaq.

Exit mobile version