AUT.AZ

Qəzəbləndi: Ronaldoya hesabat vermirəm

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santoş DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları Mərakeşlə oyundan öncə mətbuat konfransında iştirak edib.

Aut.az xəbər verir ki, mütəxəssis konfransda rəqibdən daha çox futbolçu Kriştiano Ronaldo ilə bağlı danışıb. Santoş ulduz futbolçunun İsveçrə ilə oyuna sonradan daxil olduğu üçün ona etiraz etməsiylə bağlı yayılan informasiyalara aydınlıq gətirib:

“Ronaldo bu komandanın çox önəmli bir parçasıdır. Kapitanımızdır və Portuqaliya futbolunun ən önəmli təmsilçilərindən biridir. Bu oyunçu xalqımızın və bütün futbolçuların örnək aldığı şəxsiyyətdir. Detallara varmaq istəmirəm, amma onunla danışdığımızı deyə bilərəm.

Fikrim oturub mübahisə etmək, ya da hesabat vermək deyildi. Buna ehtiyac da görmürəm. Nahar vaxtı yanında oturdum, taktiki səbəbləri açıqladım və belə qərara gəldiyimizi dedim. Başqa söhbət olmadı. Kriştiano da bunu normal qarşıladı və etiraz etmədi. Mətbuatın yazdığından fərqli olaraq heç bir problem olmadı. Onun milli komandadan ayrılmaq istədiyi barədə xəbərlər də yalandır. Düşərgəndə vəziyyət normaldır. Bu, bəzi şəxslərin uydurmasıdır”.

Qeyd edək ki, Mərakeş – Portuqaliya oyunu dekabrın 10-da saat 19:00-da keçiriləcək.

Exit mobile version