AUT.AZ

Qərarını verdi

Milan “İnter”inin rəhbərliyi “Latsio”dan icarəyə götürülən Françesko Açerbi ilə bağlı qərarını qətiləşdirib.

Aut.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

 

Mənbə “qara-göylər”in ümdafiəçinin çıxışından razı qaldığını və onun transfer hüquqlarına yiyələnməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, icarə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Açerbinin özü də Milan təmsilçisində qalmaqda maraqlıdır.

Xatırladaq ki, A Seriyasında çıxdığı 15 oyuna 30 xal toplayan “İnter” turnir cədvəlinin 5-ci pilləsindədir.

Exit mobile version