AUT.AZ

Onları qəhrəman kimi qarşıladılar – Foto

Futbol üzrə Yaponiya milli komandası DÇ-2022-dəki çıxışını başa vuraraq vətənə dönüb.

Aut.az xəbər verir ki, Asiya təmsilçisinin mundialın 1/8 finalda mübarizəni dayandırması azarkeşləri və futbol ictimaiyyətini narazı salmayıb. Buna səbəb komandanın Almaniya və İspaniya kimi nəhəng komandaları məğlub etməsidir. Sözügedən millilərlə birgə yer aldığı E qrupunu 6 xalla lider kimi tamamlayan “samuraylar” Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq DÇ-2022 ilə vidalaşıb ki, bu da Yaponiyada sevinclə qarşılanıb.

Qətərdən Yaponiyaya dönən heyəti bu ölkənin baş naziri Fumio Kisida qəbul edib. Hökumət rəhbəri görüşdə, xüsusilə İspaniya ilə oyunda qazanılan qələbədən bəhs edib və həmin vaxt qürur hissləri keçirdiyini söyləyib. “Oyunu, hamı kimi mən də səhər tezdən izlədim. Bu tarixi zəfəri yaşadığımıza görə ürəkdən sevinirəm. Matçdan dərhal sonra baş məşqçi ilə telefonda danışdım və sevincimi onunla bölüşdüm” – deyə baş nazir bildirib.

Qəhrəmana çevrilən Yaponiya millisinin üzvlərinin qarşısında artıq yeni hədəf var. Onlar bu dəfə Asiya Çempionatında məharətlərini göstərməlidilər. Həmin yarışın əvvəlcədən Çində keçirilməsi planlaşdırılsa da, ancaq koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Qitənin ən güclüsünü müəyyən edəcək turnirin təşkilatçılığı artıq Qətərə verilib. Ancaq Asiya Çempionatının hansı tarixdə baş tutacağı hələ açıqlanmayıb.

Exit mobile version