AUT.AZ

Messi ilə razılaşıblar – DÇ-dən sonra…

PSJ-in prezidenti Nasser Əl-Xəlaifi Lionel Messinin klubda qalmaq istədiyini təsdiqləyib.

Aut.az xəbər verir ki, Əl-Xəlaifi Leo ilə hər şeyi razılaşdırdıqlarını bildirib:

“Əlbəttə, o, çox xoşbəxtdir, bunu Argentina millisindəki oyunundan da görmək olar. Futbolçu narazı olanda, bu,  millidəki oyunlarda da özünü göstərir.

Messi bu mövsüm əla oynadı, çoxlu qol vurdu, xeyli məhsuldar ötürmə etdi. Həm PSJ-də, həm də millidə.

Beləliklə, biz razılaşdıq ki, dünya çempionatından sonra oturub hər şeyi müzakirə edək. Hər iki tərəf hər şeydən razıdır”.

Aut.az

Exit mobile version