AUT.AZ

“Barselona”da ərəb məşqçi? – Bu möcüzəni izah edin

Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi Avropa komandalarının niyə ərəb məşqçilərə tələb duymadığı haqda sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Valid FİFA-nın saytına verdiyi açıqlamada bu məsələni belə şərh edib:

“Məncə, bu sualı Avropa klublarına vermək daha yaxşıdır. Bəlkə də bu, mədəniyyət və mentalitet məsələsidir. “Barselona” və ya “Mançester Siti”nin ərəb məşqçi dəvət edəcəyini təsəvvür etmək mümkün deyil. Onlar belə variantlara nəzər yetirmirlər,  guya biz buna layiq deyilik, bilik və təcrübəmiz çatmır.

Amma tarixdə elə məqamlar var ki, insanların fikirlərini dəyişdirir. Biz ərəblər və afrikalılar hazır olduğumuzu göstərməliyik.

On ildir ki, məşqçi işləyirəm, amma mənə fikir verən olmayıb. “Onun təcrübəsi yoxdur, başqa namizədi nəzərdən keçirək” deyiblər. Amma mən 1/4 finaldayam. Bu möcüzəni izah edin. Təcrübə önəmli deyil. Hər şey bacarığa bağlıdır”.

Aut.az

Exit mobile version