AUT.AZ

ABŞ prezidenti olmaq istəyir

“Real”ın hücumçusu Eden Hazard planetdə hansı insanla yerini dəyişmək arzusunda olduğunu deyib.

Aut.az “Daily Mail”-ə istinadən xəbər verir ki, belçikalı futbolçu Co Baydenin əvəzinə özünü ABŞ prezidenti kimi sınamaq istədiyini etiraf edib:

“Planetdə başqa hansı insanla yerimi dəyişmək istərdim? Co Baydenlə! Ən azı beş dəqiqə.

Amerika Birləşmiş Ştatlarının prezidenti olmaq… Vau! Eden Hazard ABŞ prezidentidir! Gözəl səslənir, elə deyilmi? “Ağ Ev” və mən ofisdə siqaretlə uzanmışam”.

Hazard “Real”a keçməmişdən əvvəl “Çelsi” və “Lill”də çıxış edib. Bu mövsüm o, Madrid klubunun heyətində bütün yarışlarda 15 oyuna çıxıb.

Exit mobile version