AUT.AZ

İngiltərə millisində qalmaqal – Hamıdan gizlədilib

İngiltərə millisinin üzvü Ben Uaytın yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi bəlli olub.

Aut.az xəbər verir ki, 25 yaşlı müdafiəçi millinin baş məşqçisi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla yola getməyib. Bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Bildirilib ki, futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt, ABŞ-la oyun öncəsi futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib. Bundan sonra onun millidən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi sayt Uaytın şəxsi səbəblərə görə İngiltərəyə qayıtdığını açıqlamışdı.

Exit mobile version