AUT.AZ

“Yuventus”un maliyyə fırıldağının üstünü hansı futbolçu açıb?

“Yuventus”da maliyyə pozuntuları ilə bağlı qalmaqalın yeni təfərrüatları üzə çıxıb.

Aut.Az xəbər verir ki, “Corriere dello Sport” İtaliya prokurorluq orqanlarının araşdırdığı 250 milyonluq yeyintinin necə üzə çıxdığını araşdırıb.

 

Nəşrin məlumatına görə, turinliləri yayda 70 milyon avroya “Bayern Münhen”ə transfer olunan Matteys de Liqt ələ verib. Niderlandlı futbolçu keçmiş komanda yoldaşları – kapitan Corco Kyellini və Mattia De Şilyo ilə “WhatsApp” yazışmalarını mətbuata sızdırıb. Kyellini komanda yoldaşlarına yazdığı mesajda pandemiyaya görə yalnız bir aylıq maaşlarının tutulacağını, qalanının isə qeyri-leqal şəkildə ödəniləcəyini bildirib.
Yeri gəlmişkən, korona pandemiyası zamanı “Yuventus” maliyyə böhranından yayınmaq üçün oyunçuların dörd aylıq maaşının kəsiləcəyini açıqlamışdı. Görünür, futbolçuların etirazı ilə üzləşən klub qalan üç ayın ödənişinin gizli hesabatlaşma ilə ödənilməsini həyata keçirib.

Qrup söhbətinin yayılmasından sonra prokurorluq klubun mühasibatlıq fırıldaqlarını araşdırmağa başlayıb. Araşdırmanın başa çatmasını gözləmədən klub rəhbəri Andrea Anyelli və onun müavini Pavel Nedved, o cümlədən bütün direktorlar şurası istefa verib. Məlumatlar təsdiqlənərsə, Turin klubunu ciddi sanksiya gözləyir.

Exit mobile version