AUT.AZ

Ronaldo onu hədələyib ki…

Kriştiano Ronaldo Portuqaliya yığmasının baş məşqçisi Fernando Santoşa bildirib ki, yığma komandadan gedə bilər.  Aut.az xəbər verir ki, bu barədə məlumatı millini tərk edə biləcəyini deyib. Bu barədə Portuqaliyanın “Record” qəzeti yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo bu haqda dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb. Meydan çıxarılmasına narazılıq edən 37 yaşlı hücumçu Santoşa qışqırıb: “Sən məni əvəzləməyə tələsirsən!”

Məlumata görə, bundan sonra o, baş məşqçini millinin düşərgəsini tərk edəcəyi ilə bağlı təhdid edib.  Xatırladaq ki, həmin matçda Ronaldo 65-ci dəqiqədə əvəzlənib.

Amma sonradan sakitləşən Ronaldo  Santoşun qərarlarına hörmətlə yanaşacağını bildirib.

Aut.az

 

Exit mobile version