AUT.AZ

Polis cinayətkarları tapa bilmir

İngiltərə polisi “Çelsi”nin vingeri Rahim Sterlinqin evini qarət edən cinayətkarları tapa bilməyib.

Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Qeyd olunur ki, dekabrın 6-da yerli KİV polisin iki potensial cinayətkarı saxladığını bildirib. Lakin dekabrın 7-də onların həbsin Sterlinqin evindəki qarətlə əlaqəli olmadığı bəlli olub.

Qeyd edək ki, 27 yaşlı futbolçu oğurluğa görə Qətərdə keçirilən dünya çempionatını tərk edərək vətənə qayıdıb. Hazırda Sterlinqin Qətərə qayıdıb-qayıtmayacağı məlum deyil.

Aut.az

Exit mobile version