AUT.AZ

Onunla razılaşdılar, Messi ilə müzakirə aparılır

PSJ Marko Verratti ilə yeni müqavilə imzalayacaq.

Aut.az “Le Parisien”ə istinadla xəbər verir ki, tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olacaq müqavilə barədə razılığa gəliblər. Yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağı gözlənilir.

PSJ rəhbərliyi, həmçinin hücumçu Lionel Messi və müdafiəçi Presnel Kimpembe ilə müqavilənin uzadılmasını da müzakirə edir.

Verratti 2012-ci ildən Paris klubunda çıxış edir.

Aut.az

Exit mobile version