AUT.AZ

Modriç “Real”dan ayrılıb İtaliyaya yollanır

“Real Madrid”in və Xorvatiya millisinin təcrübəli yarımmüdafəçisi Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.

Aut.Az xəbər verir ki, bu barədə “Itaian Radio” məlumat yayıb.

“Roma” 37 yaşlı futbolçunu yayda sıralarına qatmağa cat atır. Joze Mourinyu vaxtilə rəhbərliyi altında çıxış edən Modriçi dilə tutmağa çalışır. “Tottenhem” də ona elçi düşüb və 33 milyon avro ödəməyə hazırlaşır.

“Real Madrid”lə müqaviləsinin müddəti gələn yay başa çatacaq xorvat oyunçu “kral klubu”ndakından az maaşa oynamağa razılaşsa, “Roma” onu qışda da transfer edə bilər. Xorvatiya millisinin kapitanının İspaniya nəhəngində illik xalis maaşı təxminən 10 milyon avroya bərabərdir.

Exit mobile version