AUT.AZ

Mətbuat Şurasının üzvü “Misli”ni biabır etdi

Mətbuat Şurası idarə heyətinin üzvü Fərid Pərdəşünas “Misli”ni  kəskin tənqid edib.

Aut.az xəbər verir ki, o, sosial şəbəkədə yazdığı statusda,  xüsusilə idman kanallarında “Misli”nin həddən artıq reklam edilməsini biabırçılıq adlandırıb:

“Başa düşürəm, kanallar reklamdan pul qazanır, amma “gambling” reklamları bu qədər vaxt almalı deyil efirdə. Nəzərə almaq lazımdır ki, bu, vərdişə çevrilən və asılılıq yaradan növdəndir. Ümumiyyətlə, CBC Sport barəsində kəskin bir tənqidim var ki, bu kanalın adı dəyişib, Misli TV olmalıdır. Adamlar az qala ekrandakı hər pikseli “Misli”yə satıb. Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib “Misli” etsinlər”.

F.Pərdəşünas bildirib ki, dünya çempionatında keçirilən  oyunların fasilələrində “Misli” ekrandan çıxmır:

“Bu, artıq reklamlıqdan çıxıb, birbaşa çağırışdır, insanları yönəltmədir. Bu hal reklam haqqında qanunvericiliklə tənzimlənməlidir. “Gambling” reklamları müəyyən reklam vaxtı əldə etməlidir. Əlavə olaraq insanları “varlandıran”, “həyatlarını xilas edən”, “uğur hekayələri” kimi reklam tərkibinə icazə verilməli deyil”.

Exit mobile version