AUT.AZ

LGBT bayrağı ilə meydana girən fanatı kim xilas edib?

DÇ-2022-də Portuqaliya-Uruqvay oyunu zamanı LGBT bayrağı ilə meydana daxil azarkeş hadisənin təfərrüatı haqda danışıb.

Qeyd edək ki, qarşılaşmanın 51-ci dəqiqəsində Mario Ferrinin meydana çıxması və LGBT bayrağını dalğalandırması səbəbindən oyun bir neçə dəqiqə dayandırılıb. Onun köynəyinin qarşısında “Ukraynanı xilas et”, arxa tərəfində isə “İranlı qadına hörmət et” yazılmışdı. Aut.az xəbər verir ki, fanat, FİFA prezidenti Canni İnfantinonun ona dəstək olduğunu bildirib:

“Canni İnfantino ağıllıdır – Falko azaddır, Qətərdə problem yoxdur.

Qətər polisi özünü centlmen kimi aparırdı, çox mehriban idilər. Mənə su, kofe təklif etdilər.

Sənədlərimi polisə verdim, yarım saatdan sonra FİFA prezidenti köməyimə gəldi və soruşdu: “Bunu niyə etdin? Qətər sizin üçün çox təhlükəlidir. Amma sizə necə kömək edəcəyimi bilirəm. O, önəmli adamlarla danışmağa getdi, yarım saatdan sonra mən azadlıqda idim”.

Aut.az

 

Exit mobile version