AUT.AZ

DÇ-də bu səbəbdən uğursuz olub

Almaniya millisinin Qətərdəki uğursuzluğunun səbəbi məlum olub.

Aut.Az xəbər verir ki, mundial zamanı Bundestimin düşərgəsində münasibətlər gərgin olub.

 

Bu iddia “Sport Bild”ə məxsusdur. Mənbənin məlumatına görə, DÇ zamanı komandada qruplaşma olub. Milli üzvləri iki düşərgəyə bölünüb ki, bir qrupa baş məşqçi Hans-Diter Flikin xüsusi diqqət göstərdiyi “Bayern Münhen”in oyunçuları, digərində isə qalanları yer alıb.

Hər şey almanların qrupda birinci matçı ərəfəsində “One Love” sarğıları səbəbindən başlayıb. Manuel Noyer və Leon Qoretzka etiraz olaraq oyunöncəsi çəkilmiş fotoda ağzını örtmək lazım olduğunu israr ediblər. Digər oyunçular isə siyasi aksiyada iştirak etmək istəməyiblər.

Daha sonra Flikin Yaponiya ilə matçda İlkay Gündoğanın əvəzinə Qoretzkanı meydana buraxması anlaşılmaz qalıb və Flikin əleyhdarları bu qərarla razılaşmayıblar.

Xatırladaq ki, Almaniya millisi DÇ-2022-nin favoritlərindən hesab edilsə də, pley-offa yüksələ bilməyib.

Exit mobile version