AUT.AZ

Azərbaycan millisinin rəqibləri bilindi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Aut.az xəbər verir ki, Azərbaycan yığması 4-cü qrupda Serbiya, Sloveniya və Lüksemburqla mübarizə aparacaq.

Oyunlar 21, 24, 27 oktyabr tarixlərində Serbiyada keçiriləcək.

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.

Exit mobile version