AUT.AZ

55 yaşlı futbolçu Portuqaliya klubuna keçdi

“Yokohama” klubunun hücumçusu, icarə əsasında “Suzuka”da çıxış edən Kadzuyoşi Miura Portuqaliyanın ikinci divizionunda çıxış edən “Oliveyrens” klubuna keçib.

Aut.az xəbər verir ki, Bu barədə “A Bola” məlumat yayıb.

Miura peşəkar səviyyədə ilk matçını 1986-cı ildə “Santos”da keçirdi. Braziliya, Yaponiya, İtaliya, Xorvatiya və Avstraliya klublarında çıxış edib.

O, 2020-ci ildə Yukio Tutsinin 2017-ci ildə əldə etdiyi rekordu qırıb. Yukio 42 yaş 10 aylığında Yaponiya çempionatının əsas liqasında çıxış edib. Yurgen Klopp, Roberto Baccio ilə eyni ildə anadan olan Miura, beş fərqli onillikdə oynayan ilk peşəkar futbolçu kimi tarixə düşüb.

Aut.az

Exit mobile version