AUT.AZ

Transseksual siyasətçidən çağırış – Messini ölkəyə buraxmayın

Meksikalı transseksual siyasətçi Mariya Klemente Qarsiya Moreno argentinalı hücumçu Lionel Messinin ölkəyə girişinə qadağa qoyulmasını təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “SportBible” məlumat yayıb. Deputat Leonun Meksikaya qarşı hörmətsizlik etdiyini iddia edir:

“Konqresin Deputatlar Palatası Xarici İşlər Nazirliyindən tələb edir ki, Meksikaya qarşı açıq-aşkar hörmətsizlik etdiyinə görə Argentina və İspaniya vətəndaşı Lionel Messini ölkə ərazisində persona non qrata elan etsin”.

Xatırladaq ki, DÇ-2022-də Argentina – Meksika matçından (2:0) sonra Messi rəqib futbolçulardan biri ilə formasını dəyişib. Daha sonra Argentina millisinin paltardəyişmə otağından yayılan videoda görünür ki, Leo Meksika yığmasının formasını yerə atıb və onu tapdalayır.

Aut.az  

Exit mobile version