AUT.AZ

Siqaret çəkdiyini etiraf etdi

Xorvatiya millisi dekabrın 9-da dünya çempionatının 1/4 finalında Braziliya ilə qarşılaşacaq. 

Aut.Az xəbər verir ki, Braziliyanın “O Globo” qəzeti matçdan əvvəl rəqib komandanın yarımmüdafiəçisi Marselo Brozoviç haqda qısa məqalə dərc edib.

 

Xorvatiyalı yarımmüdafiəçinin Yaponiya ilə matçda 16,7 kilometr qaçaraq, öz rekordunu yenilədiyi qeyd olunub. Həm də onun bunu siqaret çəkə-çəkə bacarması vurğulanıb: “Brozoviç öz rekordunu yenilədi. Baxmayaraq ki, matçın 120 dəqiqə çəkdiyini qeyd etmək yerinə düşər. Maraqlısı odur ki, Brozoviç siqaret çəkir və bir neçə dəfə “iş başında” yaxalanıb. Bundan əlavə, o, “İnter”in soyunub-geyinmə otağından fotosunu da dərc edib. İtaliya kubokunu qazandıqdan sonra siqaret çəkdiyi görünür”.

Məqalə ilə bağlı şərhlərdə keçmiş komanda yoldaşı Raca Naynolan Brozoviçi işarələyərk ondan siqaret çəkib-çəkmədiyini soruşub. Xorvat yarımmüdafiəçi “bəzən” cavabını verərək əməlini etiraf edib.

Exit mobile version