AUT.AZ

“Qarabağ” – Avropanın yenilməz komandaları arasında!

Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandaların yeni siyahısı açıqlanıb.

Aut.Az xəbər verir ki, siyahıda “Qarabağ” da yer alıb.

Ağdam klubu son olaraq Premyer Liqanın 16-cı turunda “Neftçi”ni 4 cavabsız qolla üstələyib.

“Top-5” liqalarda yalnız İtaliyanın “Napoli” və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.

Məğlubiyyətlə üzləşən Ukraynanın “Dnepr-1”, “Şaxtyor” və Maltanın “Hamrun” klubları əvvəlki siyahıdan kənarda qalıb.

“Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə
PSJ (Fransa) – 13 qələbə, 2 heç-heçə
“Benfika” (Portuqaliya) – 12 qələbə, 1 heç-heçə
“Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə
“Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 1 heç-heçə
“Qarabağ” – 14 qələbə, 2 heç-heçə
“Pafos” (Kipr) – 9 qələbə, 4 heç-heçə
TNS (Uels) – 13 qələbə, 2 heç-heçə
“Svift Hesperange” (Lüksemburq) – 12 qələbə, 2 heç-heçə
“Klaksvik” (Farer adaları) – 25 qələbə, 2 heç-heçə
“Atletik Eskaldes” (Andorra) – 8 qələbə, 4 heç-heçə
“Europa”, “Linkoln” (Cəbəllütariq) – hər ikisi 7 qələbə, 1 heç-heçə
“Tre Penne” (San-Marino) 7 qələbə, 3 heç-heçə

Exit mobile version