AUT.AZ

DÇ-2022: Fransa yığmasında Mbappe şoku

Fransa millisinin futbolçusu Kilian Mbappe Qətərdəki dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyunu buraxa bilər.

Aut.az xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı hücumçu komandasının bu gün baş tutan məşqində iştirak etməyib.

PSJ-nin formasını geyinən forvard idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.

Dekabrın 10-da keçiriləcək İngiltərə – Fransa matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Mbappe bu mundialda vurduğu 5 qolla hələlik ən məhsuldar futbolçudur.

Exit mobile version