AUT.AZ

Braziliya millisinin hücumçusu əməliyyat olundu

Braziliya millisinin hücumçusu Qabriel Jezus əməliyyat olunub.

Aut.Az xəbər verir ki, bu barədə futbolçunun üzvü olduğu Londonun “Arsenal” klubu açıqlama yayıb.

 

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsi çərçivəsində Kamerunla 3-cü turun oyununda zədələnən 25 yaşlı futbolçu daha milliyə kömək edə bilməyəcək. Dizindəki problemi aradan qaldırmaq üçün cərrah masasına uzanan Qabrielin dərhal reabilitasiya proqramına başlayacağı bildirilib. Amma onun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.

Exit mobile version