AUT.AZ

140 milyon qiymət “oxudular”

“Atletiko” qış transfer pəncərəsində hücumçusu Joao Felikslə yolları ayırmağı planlaşdırır.

Aut.az “Relevo”ya istinadla xəbər verir ki, “hindular” 23 yaşlı futbolçu üçün 140 milyon avro qiymət qoyublar.

Joaonun yalnız top-kluba getmək istədiyi bildirilir. Futbolçunun transferində PSJ, “Arsenal”, “Bavariya” və “Çelsi”nin maraqlı olduğu deyilir.

Futbolçunun agenti Xorxe Mendesin hələ oktyabr ayında PSJ ilə ilkin danışıqlara başladığı da vurğulanır. Məhz bu amil onun Paris nəhənginə keçmək ehtimalını artırır.

Portuqaliyalı hücumçu “Atletiko”ya 2019-cu ilin yayında “Benfika”dan 127 milyon avroya keçib. O, bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə verib.

Aut.az

Exit mobile version