AUT.AZ

Türkiyə millisinin üzvü Madrid klubuna keçir

Türkiyə millisinin və “Lester Siti” klubunun futbolçusu Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Aut.Az xəbər verir ki, informasiyanı şəxsi “Twitter” hesabı üzərindən tanınmış italiyalı insayder Nikolo Skira yayıb.

 

Xəbərə görə, cari mövsümün sonunda “Lester”lə olan müqaviləsinin müddəti başa çatacaq Çağlar İngiltərə təmsilçisi ilə yeni anlaşma imzalamaqda maraqlı deyil.

Mənbə “Atletiko Madrid” rəhbərliyinin müdafiəçini azad agent qismində heyətə qatmağı hədəflədiyini və bu istəyi futbolçuya çatdırdığını vurğulayıb. Söyüncü ilə “Roma”nın da maraqlandığı, lakin onun Madrid təmsilçisinə keçməyi arzuladığı bildirilib.

Qeyd edək ki, 26 yaşlı Çağlar “Lester”ə 2018-ci ildə Almaniyanın “Frayburq” klubundan transfer edilib.

Exit mobile version