AUT.AZ

Samuel Eto yutuberi bu suala görə vurub

Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan (4:1) sonra əlcəzairli yutuberin sifətinə təpiklə vurmasının səbəbi aydın olub.

Aut.Az xəbər verir ki, bunu sabiq forvardın hücumuna məruz qalan əlcəzairli sosial şəbəkə hesabında açıqlayıb.

 

Yutuber daha öncə yayılan xəbərə – Etonun referi Bakari Qassamaya rüşvət təklif etdiyi ilə bağlı deyilənlərə münasibət öyrənmək istədiyi üçün vurulduğunu bildirib:

“Samuel Eto bunu Qassama ilə əlaqədar suala görə etdi. Bu məsələ hamını maraqlandırır. Eto mənə “sənin kimi axmaqla danışa bilmərəm” dedi. O, məşhurdur, amma bu, o demək deyil ki, istədiyi adama əl qaldıra bilər”.

Exit mobile version