AUT.AZ

“Ronaldunun yanında kim öskürürsə, penalti verirlər”

Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində hakimlərin işini tənqid edib.

Aut.Az xəbər verir ki, “A Bola” uruqvaylı funksionerin fikirlərini belə çatdırıb:

“Oyunlarımızda ciddi səhvlərə yol verən iki hakim daha dünya çempionatında hakimlik etməyəcək.

Qrupun digər oyunlarında da qayda pozuntuları qeydə alınıb. Kim Kriştianu Ronaldunun yanında öskürübsə, dərhal penalti nöqtəsini göstəriblər”.

Qeyd edək ki, Uruqvay millisi dünya çempionatının pley-off mərhələsinə yüksələ bilməyib. Beləliklə, komanda 2006-cı ildən sonra ilk dəfə qrup mərhələsində dayanıb. H qrupundan Portuqaliya və Cənubi Koreya 1/8-ə yüksəlib. Portuqaliya qrup mərhələsində 6 qol vurub ki, bunun 2-si “11 metrə”dən reallaşıb.

Exit mobile version