AUT.AZ

“Qarabağ” “Zirə”yə uduzdu

Birinci divizionda 13-cü tura yekun vurulub.

Aut.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Zaqatala” – “Turan Tovuz-2” matçında qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” MOİK-lə ev oyununda darmadağınla qalib gəlibsə, lider “Araz Naxçıvan” “Səbail”in əvəzediciləri ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. “Neftçi” və “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda da paytaxt təmsilçisi sevinən tərəf olub.

Turun qalan oyunları bu gün keçirilib. “Qarabağ”ın əvəzediciləri “Zirə-2″yə minimal hesabla uduzub. “İmişli” isə “Sumqayıt”ın əvəzedicilərini 3:2 hesabı ilə məğlub edib.

Birinci divizion, 13-cü tur

5 dekabr

Qaradağ Lökbatan – MOİK 3:0
Qol: 
Murad Dadaşov, 7. Mehdi Həşumov, 51. Sabir Allahquliyev, 76.
Hakimlər: Kamal Umudlu, Zakir Şükürzadə, Gülnur Əkbərzadə, Əkbər Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Səbail-2 – Araz Naxçıvan 0:2
Qol
: Bayraməli Qurbanov, 54; 70.
Hakimlər: Şamil İmanzadə, Zöhrab Abbasov, Orxan İbişov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
“ASKO Arena”, 14:00

Neftçi-2 – Qəbələ-2 1:0
Qol
: Aqşin Abazərov, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Rlman Kərimov, Vüqar Bayramov, Kamran Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
Türk Hava Yolları Futbol mərkəzi (4-cü meydança), 15:00

Zaqatala – Turan Tovuz-2 1:1
Qol
: Valeh Qəhrəmanlı, 7 – Elçin Qasımov, 90+4.
Hakimlər: Səbuhi Bayramov, Asiman Əzizli, Taleh Məmmədov, İrşad Aydınov
Hakim-inspektor: Gülağa Cabarov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00

6 dekabr

Qarabağ-2 – Zirə-2 0:1
Qol: 
Taleh Fərmanov, 29.
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Ruslan Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
Binə qəsəbə stadionu, 14:00

İmişli – Sumqayıt-2 3:2
Qol:
 Nurlan Bayramov, 1-avtoqol. Əli Tağızadə, 41. Bayram Əliyev, 47 – Cavid Quliyev, 79. Nihad Məmmədov, 88.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asif Abdullayev, İslam Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Şamaxı-2 – Kəpəz-2 1:0
Qol: 
Rüstəm Əlizadə, 90+2.
Hakimlər: Emin Əliyev, Elmin Süleymanov, Anar Bədəlov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
Şamaxı şəhər stadionu, 14:00

 

Exit mobile version