AUT.AZ

Millimiz Latviya və Gürcüstana da uduzdu

17 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizəni davam etdirir.

Aut.Az xəbər verir ki, yığmamız turnirdə daha iki oyununu keçirib. Voleybolçularımız əvvəlcə Latviya ilə üz-üzə gəlib və rəqibinə 1:3 hesabı ilə uduzub.

 

Ardınca ev sahibi ölkənin kollektivi ilə qarşılaşan komandamız bu dəfə “quru hesab”la yenilib.

Azərbaycan millisi daha əvvəl Polşa və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

Millimiz son turda Ukrayna ilə gücünü yoxlayacaq.

“Avro 2023”ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.

Exit mobile version