AUT.AZ

Mahir Emrelinin komanda yoldaşından unikal göstərici

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç penalti dəf etməkdə mahir olduğunu növbəti dəfə isbatlayıb.

Aut.Az xəbər verir ki, DÇ-2022-nin 1/8 finalında Yaponiya ilə matçda (əsas vaxt – 1:1, penaltilər seriyası – 3:1) penaltilər seriyasında üç zərbəni dəf edən 27 yaşlı qolkiper mundial tarixində bir oyunda üç penaltini dəf etməyi bacaran 3-cü qapıçı olub.

 

Bunu əvvəl DÇ-2006-da Portuqaliya millisinin qapıçısı Rikardo İngiltərəyə qarşı matçda, DÇ-2018-də Xorvatiya yığmasının qolkiperi Daniel Subaşiç Danimarka ilə görüşdə 3 penaltini dəf etməklə bacarıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Dinamo Zaqreb”də komanda yoldaşı olan Livakoviç 2020-ci ilin iyun ayından bəri 11-ci dəfə qoruduğu qapıya təyin olunan “11 metrə”ni qaytarıb. O, 90 dəqiqə ərzində 17 belə standart vəziyyətdən 6-nın tora daxil olmasını əngəlləyib. Penalti seriyaları da nəzərə alınmaqla isə o, son iki il yarımda 31 penaltidən 11-ni xilas edib. Bu isə 35 faizlik göstərici deməkdir.

Exit mobile version