AUT.AZ

İki güləşçimiz Dünya yığmasında

Dekabrın 10-11-də ABŞ-da sərbəst və qadın güləşi üzrə Dünya Kuboku yarışı keçiriləcək.

Aut.Az xəbər verir ki, Azərbaycan komandaları turnirdə təmsil olunmasa da, millilərimizin iki üzvü Dünya yığmasının heyətində mübarizə aparacaq.

Qadınlardan son dünya çempionatının beşincisi Jalə Əliyeva (57 kq), kişilərdən isə son iki dünya çempionatının bürünc medalçısı Osman Nurməhəmmədov (92 kq) yarışda qüvvəsini sınayacaq.

Qadınların Dünya Kubokunda Dünya yığması ilə yanaşı ABŞ, Yaponiya, Monqolustan, Ukrayna və Çin yarışacaq. Kişilərdə isə ABŞ, Gürcüstan, Monqolustan, İran və Yaponiya çıxış edəcək.

Exit mobile version