AUT.AZ

DÇ-2022-də 3 oyuna çıxdı – İngiltərə klubuna transfer olundu

Futbol üzrə Kanada millisinin üzvü İsmael Kone karyerasını İngiltərədə davam etdirəcək.

Aut.az xəbər verir ki, “Monreal”ın yarımmüdafiəçisi “Uotford”la anlaşıb.

20 yaşlı kanadalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, 2023-cü il yanvarın 1-dən İngiltərə klubunun formasını geyinəcək.

Kone cari mövsümdə klubunda 32 matç keçirib. Onun hesabında 4 qol və 5 ötürmə var.

Yarımmüdafiəçi Qətərdə təşkil olunan dünya çempionatında Kanada millisi ilə 3 oyun keçirib.

Exit mobile version