AUT.AZ

Avropa çempionatı 59 ildən sonra yenidən bu ölkədə

2025-ci ildə kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkələrdən biri bəlli olub.

Aut.Az Avropa Voleybol Konfederasiyasına istinadən xəbər verir ki, çempionatın qruplarından birinin matçları Rumıniyada keçiriləcək. 1963-cü ildə həm kişilərin, həm qadınların qitə çempionatını qəbul edən Rumıniya 59 ildən sonra yarışın təşkilatçılarından olacaq.

“Avro-2025”ə dörd ölkə birgə ev sahibliyi edəcək. Digər üç meydan sahibi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, 2023-cü ildəki Avropa çempionatına İtaliya, Bolqarıstan, Şimali Makedoniya və İsrail ev sahibliyi edəcək.

Exit mobile version