AUT.AZ

16 yaşlı futbolçu ilə danışıqlara başladı – Rekord məbləğ

“Real Madrid” “Palmeyras”ın hücumçusu Endriki transfer etməyə hazırlaşır. 

Aut.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “Twitter” hesabında məlumat yayıb.

 

Mənbənin məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. İspaniya klubu 16 yaşlı braziliyalı üçün bonuslar da daxil olmaqla, 60 milyon avro təklif edib.

“Çelsi” və PSJ də istedadlı futbolçunu transfer etmək istəyir.

Endrik yalnız 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Avropa klubunun futbolçusu ola biləcək.

Exit mobile version