AUT.AZ

“Sənə bunu kim öyrədib, qaqaş?”

Türkiyənin “İstanbul Başakşehir” klubunun yarımmüdafiəçisi Məsut Özil Fransa millisinin hücumçusu Olivye Jirunun dünya çempionatının 1/8 final mərhələsində Polşaya (3:1) vurduğu qola münasibət bildirib.

Futbolçular Londonun “Arsenal” klubunda birlikdə oynayıblar, Özil 2017-ci ildə “Liverpul”a eyni üslubda qol vurub.

Aut.az xəbər verir ki, Özil “Tvitter”də belə yazıb: “Sənə bunu kim öyrədib, q        aqaş?”

Xatırladaq ki, Jiru Fransa millisində 52-ci qolunu vurub və  Tyeri Anrini qabaqlayaraq bombardir olub. Fransızlar dünya çempionatının 1/4 finalında İngiltərə ilə qarşılaşacaq. Görüş dekabrın 10-da keçiriləcək.

Exit mobile version