AUT.AZ

İntizama bax ey

İngiltərə yığması DÇ-2022-in ən intizamlı komandasıdır.

Aut.az xəbər verir ki, ingilislər mundialda bir dəfə də olsun hakimi əlini cibinə salmağa vadar etməyiblər.

Qaret Sautqeytin komandası Qətərdəki turnirdə dörd oyun keçirib: İran (6:2), ABŞ (0:0), Uels (3:0) və Seneqal (3:0). Bu qarşılaşmaların heç birində futbolçular vərəqə almayıblar.

DÇ-2022-in iştirakçıları arasında İngiltərə sarı və qırmızı vərəqə almayan yeganə komandadır. İspaniya yığmasında bir sarı, qalanlarında isə ən azı iki sarı vərəqə var.

Aut.az

Exit mobile version