AUT.AZ

Evləndikdən 24 gün sonra boşandılar – DÇ-yə görə

“İnter”in və Braziliya millisinin sabiq hücumçusu Adriano həyat yoldaşı Mikaela Meskita ilə boşanıb.

Aut.az “Globo Extra”ya istinadən xəbər verir ki, onlar cəmisi 24 gün əvvəl evlənmişdilər. Boşanmaya səbəb isə dünya çempionatıdır.

Bildirilir ki, Adriano Braziliya-İsveçrə oyununa baxmaq üçün dostları ilə birgə Rionun şimalındakı Vila-Kruzeyroya gedib və evə 2 gündən sonra qayıdıb.

Həyat yoldaşı onun üzrxahlığını qəbul etməyib. Cütlük artıq sosial şəbəkələrdə bir-birini təqib etməyi dayandırıb və Mikaela birgə fotoları da silib.

Aut.az

Exit mobile version