AUT.AZ

Evini yağmaladılar

İngiltərə millisinin hücumçusu Rahim Sterlinq yığmanın düşərgəsini tərk edərək ailəsinin yanına qayıdıb.

Aut.az “Daily Telegraph”-a istinadən xəbər verir ki, buna səbəb onun Londondakı evinin qarət edilməsi olub.

27 yaşlı futbolçu Seneqalla oyunda iştirak etməyib. Oğurluq hadisəsi şənbə günü, axşam saatlarında baş verib.

Sterlinqin yığmanın düşərgəsinə qayıdıb-qayıtmayacağı ilə bağlı məlumat verilmir.

DÇ-2022-nin 1/8 final mərhələsində İngiltərə Seneqalı məğlub edərək (3:0), 1/4 finala vəsiqə qazana bilib. 1/4 finalda onların rəqibi Fransaolacaq.

Exit mobile version