AUT.AZ

DÇ-2022: ingiliscə danışmaq qadağası

Portuqaliya millisinin mətbuat xidməti Qətərdə keçirilən dünya çempionatı matçları ilə əlaqəli mətbuat konfranslarında yığma üzvlərinin jurnalistlərlə ingilis dilində ünsiyyət qurmaq cəhdlərinin qarşısını alır.

Aut.az xəbər verir ki, 1/8 final mərhələsində İsveçrə ilə oyunöncəsi bu gün keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Fernandu Santuş və müdafiəçi Ruben Diaş iştirak ediblər. İngiltərənin “Mançester Siti” klubunda çıxış edən futbolçu bir neçə dəfə ingiliscə sual verən jurnalistlərə eyni dildə cavab verməyə çalışsa da, hər dəfə millinin mətbuat xidmətinin nümayəndəsi onu dayandıraraq, yalnız portuqal dilində danışmağı tələb edib. Bu, üçüncü dəfə baş verəndə Diaş əllərini yuxarı qaldıraraq gülüb.

Digər milli komandaların oyunçuları və məşqçiləri sualları ingilis dilində cavablandırmaqda sərbəstdir.

Exit mobile version