AUT.AZ

Bu 3 nəfər kimi desə, o da olacaq

DÇ-2022-də uğursuzluq olduğu üçün Belçika yığmasının baş məşqçisi Roberto Martines istefa verdi. İndi yığmaya yeni baş məşqçinin təyin edilməsi ilə bağlı federasiyada müzakirələr başlayıb.

Aut.az “Het Nieuwsblad”a istinadla xəbər verir ki, məşqçi seçimində Tibo Kurtua, Romelu Lukaku və Kevin de Brüynenin fikirləri nəzərə alınacaq.

Yeni baş məşqçi aparıcı oyunçuların istəyinə uyğun gəlməlidir. Yığmanı çalışdırmağa əsas namizədlərin kimlər olduğu barədə məlumat verilmir.

Qeyd edək ki, Belçika yığması DÇ-də qrup mərhələsini adlaya bilməyib.

Aut.az

 

Exit mobile version